Modern.az

Parlament hökumətin hesabatını qəbul etdi

Parlament hökumətin hesabatını qəbul etdi

Parlament

17 Mart 2023, 17:29

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı müzakirə olunub.

 

Modern.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədovun təqdim etdiyi hesabat dinlənilib. Hesabat deputatların müzakirəsinə çıxarılıb. Daha sonra səsverməyə qoyularaq qəbul edilib.

 

Deputatların hesabatla bağlı səsləndirdiyi rəy və təkliflər sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi