Modern.az

Qənirə Paşayeva hiddətləndi: “Belələri layiqli cəzanı almalıdırlar”

Qənirə Paşayeva hiddətləndi: “Belələri layiqli cəzanı almalıdırlar”

12 İyun 2013, 15:48

Millət vəkili Qənirə Paşayeva hiddətli açıqlama verib. Modern.az onun fikirlərini təqdim edir:
- Bir az əvvəl oxuduğum bu hesabat və rəqəmlər məni dəhşətə gətirib və düşünürəm ki, hamımızı ciddi narahat etməlidir. Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyevin uşaqlara qarşı törədilən cinayətlərlə bağlı hesabatında ölkəmizdə 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayətlərinin sayı ilə bağlı rəqəmlər bizi gerçəkdən də ciddi narahat etməli və düşündürməlidir. Təxminən il ərzində 150-180 cinayət faktı buna aiddir. Təkcə cari ilin 5 ayında bu cinayətlə bağlı 57 fakt qeydə alınıb.
16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq bu cür addımı atanları mən insan belə adlandırmaq istəməzdim və hesab edirəm ki, belələrinə qarşı cəzalar daha da sərtləşdirilməlidir. Ailələrimiz isə daha diqqətli olmalıdırlar. Cəmiyyət olaraq bu cür insanlıqdan uzaq əməllər və halların azalması istiqamətində səyləri daha da artırmalı və yollar tapmalıyıq. Məncə, bu həm də bir mənəviyyat məsələsidir. Bu cür addımları ancaq mənəviyyatsız, Allahını sevməyən, tanımayan və qorxmayan insanlar edə bilərlər və uşaq yaşlarından qızların gələcəyinə ciddi zərbə vuran belələri hər zaman layiq olduqı cəzanı almalıdırlar.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...