85 yaşlı İlyas İsmayılov: “Zənglərin sayı-hesabı yoxdur” – Təbrikə deputatlar da qoşuldu

85 yaşlı İlyas İsmayılov: “Zənglərin sayı-hesabı yoxdur” – Təbrikə deputatlar da qoşuldu

20 Mart 2023, 18:07

Azərbaycanın sabiq baş prokuroru, Ədalət partiyasının sədri İlyas İsmayılovun doğum günüdür. Keçmiş deputat 85 yaşını qeyd edir.

 

Qeyd edək ki, bu gün Baş prokuror Kamran Əliyev doğum günü münasibətilə İlyas İsmayılovla görüşərək, ona Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib. Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

 

Eyni zamanda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də İlyas İsmayılova zəng edərək, ona Prezident İlham Əliyevin təbrikini çatdırıb.

 

İlyas İsmayılovu təbrik edənlər sırasında Milli Məclisin deputatları da var. 

 

Modern.az deputatlardan bir neçəsinin sosial şəbəkədə paylaşdığı təbrik mesajlarını təqdim edir.

 

Fazil Mustafa: "İlyas İsmayılov mənim üçün çox əziz olan bir insandır. Təsadüfi deyil ki, Milli Məclisdə bir neçə il yanaşı oturmuşuq. Savadlı, müdrik, özünə məxsus dəyərləri olan, Dövlətin, Vətənin yükünü daşıyan bir ziyalımızdır. Bizi həm də uzun illərin dostluğu birləşdirir. Bu gün 85 yaşı tamam olub. Təbrik edirəm, can sağlığı diləyirəm. Bu cür dəyərli şəxsiyyətlərimizə həmişə sayğılı olmalıyıq".

 

Etibar Əliyev: "Dəyərli İlyas İsmayılovun 85 yaşı tamam olub. O, işlədiyi yüksək vəzifələrdə hər zaman savadlı və milli kadrları irəli çəkib. İlyas müəllim xalqımıza məxsus olan dəyərlərin daşıyıcısıdır. Biz bəzən təbiət və fundamental elmlərin görkəmli elm nümayəndələrini önə çəkirik. Ancaq İlyas müəllim kimi böyük elm və dövlət adamları öz ziyalılıqları, intellektləri ilə bu işi tamamlayırlar. Bu nəhəng şəxsiyyət öz elmi və keçdiyi həyat yolu ilə elmdə baryerlərin götürülməsinə nail olub. İlyas müəllim kimi ləyaqətli, xarakterli, dürüst şəxsiyyəti səmimi qəlbdən təbrik edirəm. İlyas müəllim mənim kitab dostumdur. Məndən kitab istəyəndə sevinirəm və indi də mütaliə etməsinə həsəd aparıram. 100 illiyinizi təbrik etmək arzusu ilə, dəyərli İlyas müəllim!".

 

Modern.az-ın əməkdaşı İlyas İsmayılovla əlaqə saxlayaraq, onun doğum günü ilə bağlı təəssüratlarını öyrənməyə çalışıb.

 

“Təəssüratlarım çox yaxşıdır. Sağlamlığım yerindədir. Hər şey qaydasındadır. Ad günü münasibətilə çox sayda insan zəng edib, məni təbrik etdi. Zənglərin sayı-hesabı yoxdur. O qədər zənglər oldu ki... Məni Baş prokurordan tutmuş hər kəs təbrik etdi. Hamıya təşəkkür edirəm”, - deyə İ.İsmayılov vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur