Modern.az

Millət vəkili həbsdəki gənc fəalı zaminə götürmək üçün Baş prokurora müraciət edib

Millət vəkili həbsdəki gənc fəalı zaminə götürmək üçün Baş prokurora müraciət edib

13 İyun 2013, 11:39


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən NİDA Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət edib.

VHP mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, müraciətdə  Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər müddətdə millət vəkilinin zaminliyinə buraxılması Baş prokurordan xahiş edilir.

Xatırladaq ki, rəsmi məlumata görə, NİDA Vətəndaş Hərəkatının kordinatoru, bloqçu Zaur Qurbanlı narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları əsasında saxlanılarkən polisə müqavimət göstərdiyi üçün ötən ilin oktyabrında 15 sutka həbs olunub. 2003-cü il aprelin 1-də isə o, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb və qanunsuz odlu silah saxlamaq ittihamı elan edilərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...