Modern.az

Deputat: “Müdafiə Nazirliyində Ali Baş Komandana xəyanət edə biləcək vəzifəlilər var”

Deputat: “Müdafiə Nazirliyində Ali Baş Komandana xəyanət edə biləcək vəzifəlilər var”

13 İyun 2013, 12:46

Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev çox maraqlı bir məsləyə toxunub.

“1993-cü ildə Gəncədə qiyam baş verərkən indi Müdafiə Nazirliyinin tərkibində təmsil olunan bəzi şəxslər o vaxtda çox yüksək postları tuturdular. Amma çox təəssüf ki, o vaxtlar Ali Baş Komandanı dəstəkləmədilər və qiyam baş verdi. Onlar bu gün də Müdafiə Nazirliyində çox yüksək rəhbər postlarda təmsil olunurlar. Baş verənlərdən çox narahatam və hər hansı bir qarşıdurma baş verərsə, onda həmin adamlar yenə də Ali Baş Komandanın əmrini icra etməyəcəklər. Ona görə təklif edirəm ki, hökumətin tərkibi müzakirə olunarkən, Müdafiə Nazirliyinin tərkibində milli kadrlar seçilsin və tərkib yenidən formalaşsın. Müdafiə Nazirliyinin tərkibində ciddi struktur dəyişikliyi olmalıdır”, – deyə Q. Həsənquliyev bildirib.

Spiker Oqtay Əsədov isə bildirib ki, bununla bağlı daxildə hər hansı bir narahatçılıq yoxdur. “Amma xarici qüvvələr Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar. Azərbaycan dövləti isə bunun qarşısını hər zaman alıb”. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...