Modern.az

Musa Quliyev yenidən sədr seçildi

Musa Quliyev yenidən sədr seçildi

Parlament

23 Mart 2023, 17:47

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının növbəti iclası Rusiyada keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu gün QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının videokonfrans formatında 60-cı iclası keçirilib.

 

Tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər. Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Ramin Məmmədov təmsil ediblər.

 

Gündəlik təsdiq edildikdən sonra iclasda “QDİƏT-ə üzv dövlətlərin sosial-iqtisadi inkişafında Kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda hesabat layihəsi təqdim edilib.

 

Mövzu ətrafında müzakirələrdə iclas iştirakçıları öz fikirlərini açıqladıqdan sonra hesabat layihəsi qəbul edilib.

 

Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.

 

Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti barədə məlumat dinlənilib.

 

İclasda bir sıra təşkilatı məsələlərə də baxılıb. Milli Məclisin komitə sədri Musa Quliyev yenidən QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri seçilib. Tədbir iştirakçıları, habelə komissiyanın sədr müavinlərini də seçiblər.

 

Toplantıda komissiyanın növbəti iclasının yeri, tarixi və mövzusu müəyyən olunub. Komissiyanın 61-ci iclasının Rusiya Federasiyasında 2023-cü ilin oktyabr ayında keçirilməsi planlaşdırılıb. Tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə uşaqların müdafiəsi siyasətinin gücləndirilməsində parlamentlərin rolu” mövzusunun müzakirəsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR