Gələn ay Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) yubiley iclası keçiriləcək.
Modern.az-ın əldə etdiyi məlumata görə iclas aprel ayının sonuna planlaşdırılır.
Plenar iclas Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. İclasda sədrlik Qırğızıstandan Türkiyəyə keçəcək.
Qeyd edək ki, bu, sayca TÜRKPA-nın 12-ci plenar iclası olacaq.