Modern.az

Azərbaycanın ən yüksək dərəcəli medalı DƏYİŞİR

Azərbaycanın ən yüksək dərəcəli medalı DƏYİŞİR

30 Mart 2023, 13:54

Azərbaycanın ən yüksək dərəcəli medalının “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olması təklif edilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

 

Layihədə bildirilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilsin.

 

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı