Modern.az

Xaos yaratmaq istəyənlər özlərini yığışdırsın - Əli Məsimli

Xaos yaratmaq istəyənlər özlərini yığışdırsın - Əli Məsimli

Parlament

4 Aprel 2023, 11:38

Mili Məclisin deputatı Fazil Mustafaya qarşı edilən sui-qəsdin məqsədi ölkədə xaos yaradılmasına, sabitliyin pozilmasına nail olmaqdır. Amma Azərbaycanın hüquq-mühafizə orqanları terror şəbəkəsinə imkan verməyəcək ki, meydan sulasınlar.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

 

Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən əvvəl Aprel döyüşləri ilə Ermənistana mesaj ötürdü: "Ölkəmiz bu döyüşlərlə bildirdi ki, qarşı tərəf özünə yığışmasa, aqibəti ağır olacaq. Elə də oldu. Vətən müharibəsi ilə Ermənistanı yerində oturtduq, düşmən kapitulyasiya aktına qol çəkməli oldu".

 

“İndi də ölkəmizdə xaos yaratmaq və sabitliyi pozmaq istəyənləri xəbərdar etmək lazımdır ki, artıq daşları yığmaq zamanıdır. Özlərini yığışdırsanlar, sonra pis olacaq”, - deyə Ə.Məsimli vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi