Modern.az

Spikerdən İran parlamentinə cavab: Əsassız iddiaları rədd edirik

Spikerdən İran parlamentinə cavab: Əsassız iddiaları rədd edirik

Parlament

7 Aprel 2023, 11:06

Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib. 

 

Spiker İran parlamentinin qərəzli bəyanatını rədd etdiklərini diqqətə çatdırıb.

 

"İran Azərbaycan torpaqlarını 30 il ərzində talamış Ermənistana qarşı hər hansı bir addım atmayıb. Bununla bərabər Ermənistana dəstək verib. Əksinə olaraq Azərbaycanın İsraildə səfirliyinin açılmasına münasibət bildirib. İran parlamentinin əsassız iddialarını qəti şəkildə rədd edirik. İran tərəfini ikitərəfli əlaqələri pozmamağa çağırırıq”, - deyə parlament sədri vurğulayıb.

 

Spiker qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun daxili işidir:

 

"Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentinin Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və iki tərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq. Bu gün bəzi müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər. Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistan Azərbaycan arasında uzunmüddətli sülh yaratmaq səylərini pozmağa çalışırlar”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda Azərbaycanla bağlı təhdid dolu fikirlər yer alıb.  Qeyd olunub ki, Azərbaycan İsraildə səfirlik açması səbəbindən "mənfi siyasi nəticələr"lə üzləşəcək. 

 

İranlı deputatlar bildiriblər ki, Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərməli və "lazımi diplomatik tədbirlər" görməlidir. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi