Modern.az

İran deputatları İslamın düşməni ilə qucaqlaşıb öpüşür

İran deputatları İslamın düşməni ilə qucaqlaşıb öpüşür

Parlament

7 Aprel 2023, 11:32

"İran İslam dini pərdəsi altında özünün riyakar niyyətini reallaşdırmağa çalışır. Belə olmasaydı, İslam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməzdi. Əgər İran özünü İslam respublikası adlandırırsa, nə üçün İslam dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək göstərir".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

 

“İran Azərbaycana nəyi necə etməklə bağlı göstəriş verməsin. Ölkəmiz müstəqildir, dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir. Yaxşı olardı ki, İran parlamenti özünün anti-islam və xəyanətkar əməllərindən əl çəksin. İran deputatları İslam dininin düşməni olan Ermənistanla qucaqlaşıb öpüşməyin əvəzinə, Azərbaycanda İslam dini dəyərlərinə qarşı törədilmiş terrora görə Ermənistanı qınamağa çağırış edən məsələni müzakirə etsin. O zaman müsəlman dünyası da İranın islam dini dəyərlərinə səmimi olduğunu görər", - deputat çıxışında bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi