Modern.az

“Guya biz xainləri yox, dindarları hədəfə almışıq…” - Deputat

“Guya biz xainləri yox, dindarları hədəfə almışıq…” - Deputat

Parlament

11 Aprel 2023, 11:18

“Yəqin ki, son günlər müşahidə edirsiniz, xəyanətkar qvardiya yenidən aktivləşib, amma bir dənə sağlam arqument yoxdur. Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar, nazir gəlib canlı efirdə aparıcını döyürdü”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

 

“Hansı haqla, hansı nəticə ilə bunlar sosial rifahdan, iqtisadiyyatdan danışır? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə 1600 faiz inflyasiya göstəricisi var idi, bu da onların bacardıqları idi. Bütün bunların fonunda utanmazcasına elə bir mühit formalaşdırırlar ki, sanki, Azərbaycan dövlətçiliyinin, o cümlədən, Azərbaycan Xalq Cumhuriyyətinin irsinin varisi bunlardır. Bəli, siz Xalq Cumhuriyyətinin İrəvanın Ermənistana verilməsi prosesinin varisliyini davam etdirdiniz, hakimiyyətdə olanda torpaqları ya satdınız, ya da ermənilərə peşkəş verdiniz. Bu antimilli dairələr, onların sosial mediaya daraşmış xain ünsirləri indi də casusları müdafiə etməklə belə bir fon yaratmaq niyyətindədirlər ki, sanki, biz xainləri yox, dindarları hədəfə almışıq. Ay adam, ay insan, Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sizin o xəyanətkar şuranın üzvlərinizin sayından çoxdur. Qonşu dövlətin casuslarına möhtac qalan, yaxud, əməli məhkəmə qaydasında sübut olunmuş məhbusların estafet kimi bir-birinə ötürdükləri saxta aclıqlarla qidalanan, bu sayədə ayaqda qalan bir müxalifət bu xalq üçün ətrafa üfunət yayan cəsəddən başqa bir şey deyil”,- deyə deputat sərt fikirlər səsləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi