“Hökumət tərəfindən təkcə dərman vasitələrinin qiymətləri ilə bağlı deyil, ümümilikdə, dərmanlarla bağlı digər problemləri də özündə ehtiva edən sənəd hazırlanır”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
“Məndə olan məlumata görə, hökumət və Səhiyyə Nazirliyi yeni sənəd üzərində işləyir. Ümid edirəm ki, yaxın zamanda bu sənəd hazır olacaq”, - komitə sədri deyib.
Qeyd edək ki, plenar iclasda deputat Vahid Əhmədov sənədin hazır olub-olması ilə bağlı sual səsləndirmişdi.