"Təltif olunmağım mənim üçün gözlənilməz oldu. Bu, sevinc dolu bir hadisədir".
Bunu Modern.az-a deputat Cavanşir Paşazadə bu gün Prezident tərəfindən təltif olunmasına münasibət bildirərkən deyib.
“Şərəf” ordeninə layiq görülən deputat Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Fəaliyyətimizi dəyərləndirdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu gün Milli Məclisin iclası vardı, başımız qarışıq idi. Belə bir anda cənab İlham Əliyev tərəfindən təltif olunmağım mənim üçün sevinc dolu hadisə oldu. Sözün açığı, təltif olunacağımı gözləmirdim. Xəbəri eşidəndə çox sevindim.
Məni doğum günü münasibətilə təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm. Xoş arzularını bildirən bütün şəxslərə təşəkkür edirəm və onlara həyatda uğurlar arzulayıram",- deyə C.Paşazadə söyləyib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib. Sabah onun 70 yaşı tamam olacaq.