Modern.az

“İlk xəbəri sabiq deputatdan aldım, sürpriz oldu” – Novruz Aslan

“İlk xəbəri sabiq deputatdan aldım, sürpriz oldu” – Novruz Aslan

Parlament

11 Aprel 2023, 17:00

Bu gün prezident İlham Əliyev 3 deputatın təltif olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı tərəfindən təltif olunanlardan biri Milli Məclisin İsmayıllıdan seçilmiş deputatı Novruz Aslandır. Birinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən parlamentari təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, ilk növbədə Prezident İlham Əliyevə deputatlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib:

 

“Bugünkü təltiflər Prezidentin Milli Məclisə diqqətindən irəli gəlir. Hesab edirəm ki, bu orden mənim deputat və vətəndaş kimi fəaliyyətimə verilən qiymətdir. Çox şadam ki, mənimlə yanaşı, həmkarlarım da təltif olundu. Ölkə başçısına minnərdarlığımı bildirirəm. Ölkəmizin, dövlətimizin, xalqımızın inkişafı naminə bundan sonra da əlimdən gələni edəcəyəm”.

 

Deputat 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasının onun üçün sürpriz olduğunu söyləyib:

 

“Mən həm 3, həm də 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşam. Nəhayət, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmaq da mənə nəsib oldu. Sözün açığı, əvvəlki təltiflərdən xeyli vaxt keçdiyinə görə, bu gün təltif olunacağımı gözləmirdim. Mənim üçün sürpriz oldu”.

 

Novruz Aslan ilk xəbəri sabiq həmkarından aldığını qeyd edib:

 

“Ordenlə bağlı ilk xəbəri mənə sabiq deputat həmkarım Əkrəm Abdullayev verdi. O deyənə qədər məlumatım yox idi. Xəbəri eşidəndə sevinclə qarşıladım”.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə deputat Novruz Aslan 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi