Modern.az

Maliyyə pozuntuları hər kəsə məlumdur - Deputat

Maliyyə pozuntuları hər kəsə məlumdur - Deputat

Parlament

12 Aprel 2023, 12:16

“Yoxlamalarla bağlı nəticələr ona görə belədir ki, Hesablama Palatası hazırkı reallıqlar şəraitində yalnız mümkün olanı edə bilir. Mümkün olanları edəndə nəticə həddən artıq aşağı olur".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

 

"Ona görə ki, dövlət maliyyəsindən istifadənin səmərəlilik dərəcəsi, bu istiqamətdə olan pozuntular istənilən Azərbaycan vətəndaşına məlumdur. Onların göstəriciləri çox aşağıdır. Digər tərəfdən qazi və şəhid ailələrinin problemlərinin həll olunması isitiqamətində işlər artırılmalı və buna geniş yer ayrılmalıdır", - deputat çıxışında bildirib.

 

Qeyd edək ki, Hesablama Palatası tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən təşkil edib.

Bu xəbər ilə bağlı
Azərbaycanda 481 milyon manatlıq maliyyə pozuntusu
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi