Modern.az

Hadi Rəcəblidən həmkarlarına irad: "Vaxtında qoymadınız İlqar Məmmədovu tutduraq"

Hadi Rəcəblidən həmkarlarına irad: "Vaxtında qoymadınız İlqar Məmmədovu tutduraq"

21 İyun 2013, 13:10

Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinə etirazlar davam edir. Modern.az-ın məlumatlna görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edib.

“Bizi nə sayırlar, başa düşmürəm? Ədalətsizliyin əndazəsi yoxu. Guya bizdə söz azlığı ilə bağlı hansısa problem var? Bizə göstəriş verirlər ki, jurnalistlər, bloqerlər, fəallar dərhal azad olunmalıdır. Nə ixtiyarları var belə göstəriş verməyə? İlqar Məmmədovun mərifətinə bələdik. İki dəfə Milli Məclis barəsində tərbiyəsiz sözlər işlətmişdi.
Oqtay müəllim, biz imza yığmışdıq, siz İlqar Məmmədovu tutdurmağa qoymadınız. Parlament o boyda təhqirin üstündən keçdi".

Çıxışın bu yerində Oqtay Əsədov komitə sədrinin sözünü kəsərək “Hadı müəllim, tutdurmaq yox, məhkəməyə vermək deyin” deyə bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...