Prezident Konstitusiyaya görə səlahiyyətli nümayəndəliklər yarada bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputat Qüdrət Həsənquliyevə cavab olaraq bildirib.
“İcra hakimiyyəti orqanları əhali, səlahiyyətli nümayəndələr ərazi ilə məşğuldur. Heç kim heç kimin səlahiyyətinə qarışmır. Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndələr konstitusiyaya zidd deyil”.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndələrin faktiki olaraq yerli icra hakimiyyəti başçılarının funksiyalarını yerinə yetirdiyini bildirib.