Bir ailədə uşaq sayının üç nəfərlə məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
“Biz hesab edirik ki, gələcəkdə ailədə uşaq sayı arta bilər. Bu da ailədə maddi və mənəvi problemlərə səbəb ola bilər. Bununla əsas mahiyyət olan uşağın ailə mühitində böyüdülməsindən uzaqlaşa bilərik. Ona görə də uşaqların götürülməsində say məhdudiyyəti var”.
Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin Övladlığa götürmə siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aysun Həsənova iştirak edir.