Modern.az

Ankarada ermənilərin cavabı verildi - FOTO

Ankarada ermənilərin cavabı verildi - FOTO

5 May 2023, 15:46

Türkiyənin paytaxtı Ankara şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 61-ci sessiyası keçirilir. 

 

Modern.az xəbər verir ki, toplantı QDİƏT PA-nın yaradılmasının 30 illik yubileyinə təsadüf edir. 

 

Sessiyada Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxış edib. O, çıxışı zamanı 30 illik yubiley münasibətiylə Parlament Assambleyasının üzvlərini təbrik edib və Ermənistan parlamentinin sədri Alen Simonyanın "Laçın dəhlizi"nin bağlanmasına dair manipulyasiyalarına tutarlı cavab verib.

 

Daha sonra QDİƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev çıxış edərək ölkəmizin sülh, əməkdaşlıq, ədalət müstəvisində Qara Dəniz hövzəsi dövlətləri arasında münasibətlərin yüksəldilməsinə töhfələr verdiyini bildirib.

 

İclasın ikinci günündə ümumi müzakirələrdə Ermənistan nümayəndə heyəti destruktivlik nümayiş etdirib. 

 

"Çıxışçılar siyahısında birinci olmalarına baxmayaraq, hələ hazır olmadıqlarını bəhanə edən ermənilər çox güman ki, Azərbaycandan sonra danışmaqla düşünürdülər ki, onların söylədikləri cavabsız qalacaq. Erməni nümayəndə heyətinin başçısı Babken Tuniyan çıxışında heç dəxli olmadan, İrəvandan aldığı təlimat əsasında, Azərbaycanın Qarabağda yaşayan ermənilərin humanitar hüquqlarını pozduğunu, "Laçın koridorunu" bağladığını, onları genosidə məruz qoyduğunu, Ermənistan ərazisini işğal etdiyini dedi. Təkidlə söz istəyərək erməni deputatın söylədiklərinin yalan olduğunu bildirdim və yalan danışmaqla Assambleya üzvlərini təhqir etdiyini söylədim", - sessiyada çıxış edən deputat Musa Quliyev bildirib.

 

İclasla bağlı təəssüratlarını bölüşən deputat ermənilərə Ankarada tutarlı cavab verildiyini söyləyib:

 

"Ermənistan və Azərbaycan arasında savaşın 2020-ci ilin 10 noyabrında bitdiyini, lakin Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaları yerinə yetirmədiyini, qanunsuz silahlı dəstələrini Qarabağdan çıxarmadığını, Zəngəzur dəhlizini açmağa əngəl törətdiyini, sərhədlərin delimitasiyası prosesindən yayındığını bildirdim. Söylədim ki, müharibə bitəndən sonra ötən müddət ərzində Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə mina partlayışı nəticəsində 300-dən çox vətəndaşımız həlak olub və ya xəsarət alıb. Bu minaların çoxu 2021-ci il və ondan sonrakı tarixlərdə Ermənistanda istehsal olunub. Laçın yolu bağlı deyil, mülki dinc əhaliyə və humanitar yüklərə açıqdır. Amma bölgəyə silah-sursat və terrorçu gətirilməsinə izin verməyəcəyik".

 

"Biz Azərbaycan olaraq Qarabağdakı cinayət törətməmiş ermənilərə digər vətəndaşlarımızın malik olduğu bütün hüquqları verəcəyik və imkanlar yaradacağıq. Bundan fərqli bir model ola bilməz. Yaxşı olar ki, Ermənistan nümayəndələri burada siyasi oyunbazlıq etmək əvəzinə, Xocalı soyqırımına görə bizdən üzr istəsin, qətliam canilərini həbs edərək ədalət məhkəməsinə təslim etsin, nəyə görə terrorçu və müharibə caniləri Njdeyə, Andronikə və Nemesis terrorçularına Ermənistanda abidə qoyulmasına izahat versin, Ermənistanın terrorçu dövlət olduğunu etiraf etsin. Ermənistan tərəfi barış istəsə barış, savaş istəsə savaş görəcək", - deputat çıxışında deyib.

 

Qeyd edək ki,  komitə iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri Elşad Mirbəşir və Jalə Əhmədova çıxış ediblər.

 

Sesiyanın sonunda əlifba sırası ilə sədrlik Türkiyədən Ukraynaya keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi