Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclası keçirilir.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib.
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.
Qeyd edək ki, iclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis geberal-mayoru Həzi Aslanov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımov və başqa şəxslər iştirak edir.