Modern.az

Nazir bildirir ki, onları əfv etmək mümkün deyil - Komitə sədri

Nazir bildirir ki, onları əfv etmək mümkün deyil - Komitə sədri

8 May 2023, 11:40

“Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən 4-5 saatlıq iclaslarda əfvlə bağlı müzakirələr gedərkən komissiya üzvləri hər bir məhkumun işinə yüksək ədalət, balans, obyektivliklə baxılıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib. 

 

“Qeyd edim ki, xüsusi olaraq 95% məhkumun işi ilə bağlı daxili işlər naziri kimi Vilayət Eyvazova da müraciət olunub. Mütləq əksəriyyətinə müxtəlif parametrlərdən humanizm göstərilir. Bir çox işlər də məxfi saxlanılır və bu da başa düşüləndir. Çünki cinayət işinin müxtəlif tərəfləri və subyektləri var. Məhz insan alveri ilə bağlı məsələlərdə nazirin çox prinsipial sərt mövqeyini görürük. Bildirir ki, həmin şəxsləri əfv etmək mümkün deyil, çünki sonradan müxtəlif ictimai təhlükəlilik doğuracaq”,- deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır