Modern.az

Üç-dörd “toyuq oğrusu” əfvə düşməyib – Siyavuş Novruzov

Üç-dörd “toyuq oğrusu” əfvə düşməyib – Siyavuş Novruzov

12 May 2023, 11:23

Əfv sərəncamına hansısa məqamda kölgə salmağa çalışırlar.

 

Modern.az xəbər verir ki, bunun Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

 

"Təəssüf ki, bəzi partiyalar, blogerlər əfvə kölgə salmağa çalışır. Ölkədə 800-dən çox insan əfv olunub. AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir. Tərəzinin bu tərəfində Azərbaycan xalqını təmsil edən bu qədər insan qalır, lakin özlərinin 3-4 nəfəri üçün ictimaiyyətə yalan məlumat verir, böyük əfvə kölgə salmağa çalışırlar”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir