Modern.az

YAP-çı deputat: Fransaya yerini göstərmək lazımdır  

YAP-çı deputat: Fransaya yerini göstərmək lazımdır  

Parlament

12 May 2023, 11:42

“Bir müddət öncə Fransanın xarici işlər naziri Ketrin Kolonna "Dağlıq Qarabağı" anklav adlandırıb. Birincisi, Azərbaycanda belə bir region mövcud deyil. İkincisi, belə yanaşma Azərbaycanın ərazi bütövlüyünü aşkarcasına və riyakarcasına şübhə altına salmaqdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

 

“Azərbaycanın iradəsi ilə başladılan sülh gündəliyi öz aktuallığını saxlayır, Fransa isə hər vasitə ilə proseslərdə özünün iştirakını təmin etmək istəyir. Sual olunur: Fransanın məqsədi nədən ibarətdir? Onun məqsədi regionda gərginlik yaratmaqdan ibarətdir. Bunu dəqiq sübut edən məqamlardan biri ondan ibarətdir ki, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi atteşe təyin etmək ərəfəsindədir. Onun fəaliyyəti əsasən Ermənistanı Fransa silahları ilə təmin etməkdən ibarət olacaq. Fransanın bu davranışları ümumilikdə Avropa İttifaqının maraqları və yanaşmaları ilə ziddiyyət təşkil edir. Bu baxımdan, Avropa ölkələrinə də Fransaya yerini göstərmələri üçün çağırış etmək lazımdır”,- deyə deputat çıxışında vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir