Modern.az

Türkiyə parlamentinin yeni sədri kim olacaq?

Türkiyə parlamentinin yeni sədri kim olacaq?

Parlament

15 May 2023, 10:48

Türkiyədə 28-ci parlament seçkilərində Nazirlər Kabinetinin 15 üzvü və Vitse-prezident Fuat Oktay deputat mandatı qazanıb.

 

Modern.az xəbər verir ki, hazırki məlumata görə, seçkilərin nəticələri parlamentdə balansı dəyişməyib.

 

Belə ki, TBMM-də ən çox deputat yerini hakim Ədalət və İnkişaf Partiyası qazanıb.

 

Nəticələrə əsasən, AKP-dən 269, Cümhuriyyət Xalq Partiyasından (CHP) 168, Yaşıl Sol Partiyasından 62, MHP-dən 52, İYİ Partiyadan 43, Yenidən Rifah Partiyasından 5, Türkiyə İşçi Partiyasından (TİP) 4 millət vəkili yeni parlamentdə təmsil olunacaq. 

 

Məlumat üçün qeyd edək ki, AKP keçən dövrdə 295 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində yer tutmuşdu. İttifaq olaraq parlamentdə çoxluğu əldə etməsinə baxmayaraq, AKP ötən seçki ilə müqayisədə deputat sayında ümumilikdə 30 millət vəkili yerini itirmiş olacaq. MHP deputat sayını 3 mandat artırdığı halda, Yenidən Rifah Partiyası 5 mandatla Məclisin üzvü olacaq.

 

“Cumhur İttifaqı”nın üstünlük qazanması səbəbindən komissiya sədrliyi ilə yanaşı, TBMM sədri də AKP və MHP-nin təmsilçisi olacaq.

 

Kulis məlumatlarına görə, Türkiyənin hazırkı vitse-prezidenti Fuat Oktay yeni çağırış parlamentin sədri olacaq. Hələlik bununla bağlı rəsmi açıqlama olmasa da, Fuat Oktayın adı mediada daha çox hallanmağa başlayıb.

 

Onu da bildirək ki, TBMM-nin 27-ci çağırış parlamentin sədri Mustafa Şentopdur.

 

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə əsasən, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb. Ümumilikdə Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür