Modern.az

Xorvatiyalı deputatlar Fəxri və Şəhidlər xiyabanında - FOTO

Xorvatiyalı deputatlar Fəxri və Şəhidlər xiyabanında - FOTO

Parlament

15 May 2023, 12:58

Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

 

Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır