Modern.az

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Spiker

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Spiker

Parlament

16 May 2023, 12:24

“Heydər Əliyev güclü dövlət yaradıb. İndi bu dövlət öz xalqının firəvanlığı üçün əlindən gələni edir”.

 

Modern.az xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının Sədri Vladimir Orliç Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. 

 

“O, müasir parlamentin əsasını qoyub. Bugünkü tədbirdə bu qədər parlament nümayənlərinin iştirakı Azərbaycan parlamentinin uğurudur. Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib. Bu gün Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərir. Bu gün Azərbaycan və Serbiya arasında əlaqələr yüksək səviyyədə davam edir. Bunun əsası Heydər Əliyevlə bağlıdır. Heydər Əliyevin yaratdığı əlaqələri hazırda Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Biz strateji partnyorlarımızın inkişafına sevinirik”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı