Modern.az

Biz Azərbaycanla əlaqələri genişləndirməliyik - Pakistan rəsmisi

Biz Azərbaycanla əlaqələri genişləndirməliyik - Pakistan rəsmisi

Parlament

16 May 2023, 13:30

Azərbaycan çox geniş və maraqlı regionda yerləşir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani bildirib.

 

“Biz istərdik ki, ölkələrimiz arasında münasibətlər daha çox inkişaf etsin və genişlənsin. İki ölkə arasında əlaqələr Heydər Əliyevin adı ilə bağlıdır. Bildirim ki, Heydər Əliyev Azərbaycanın çox çətin vaxtında lideri olub. Amma xalqı çətinlikdən çıxara bilib. Azərbaycan xalqı mürəkkəb dövrdən keçməsinə baxmayaraq, daim inkişaf edib. Üç il bundan əvvəl Azərbaycan öz suverənliyini yenidən bərpa etməyi bacarıb. Heydər Əliyevin Azərbaycanda fəaliyyətlərinə qayıtmış olsaq, deyə bilərik ki, onun sayəsində Azərbaycan dünyada bir çox uğurlara imza atıb. Pakistan və Azərbaycan arasında əlaqələrə ciddi töhfələr verib. Hazırda bizim ölkələrimizin ciddi inkişaf potensialları var. Biz daha çox əməkdaşılıq etməliyik ki, təkcə ölkələrimizin deyil, regionun təhlükəsizliyini, iqtisadi inkişafını təmin edə bilək”, - deyə vitse-spiker vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir