Modern.az

Dövlət tərəfdaşları və dostları ilə güclüdür - Spiker

Dövlət tərəfdaşları və dostları ilə güclüdür - Spiker

16 May 2023, 14:56

“Heydər Əliyev hər zaman bütün xalqlara və dövlətlərə ehtiramla yanaşırdı. Azərbaycanın dostlarının çox olması üçün çalışırdı. Çünki bilirdi ki, bir dövlət tərəfdaşları və dostları ilə güclüdür”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

 

“Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü xarici parlament nümayəndələri ilə birlikdə keçirməkdən məmnunluq duyuruq və onlara təşəkkürümüzü bildiririk. Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörmət və məhəbbətini qazanaraq özünə möhtəşəm abidə ucaldıb. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”, - deyə spiker vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi