Modern.az

ATƏT PA sədri sülh gündəliyi ilə maraqlanıb

ATƏT PA sədri sülh gündəliyi ilə maraqlanıb

Parlament

23 May 2023, 13:14

ATƏT Parlament Assambleyasının (PA) sədri Marqareta Sederfelti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə maraqlanıb.

 

Modern.az xəbər verir ki, o, mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

 

Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlanıb.

 

Dövlət başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.

 

Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır