Modern.az

Büdcəyə yığılan pulları işbazlar mənimsəyir - Deputat

Büdcəyə yığılan pulları işbazlar mənimsəyir - Deputat

Parlament

24 May 2023, 12:44

"Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Başa düşürəm ki, biz suyun qiymətini saxlaya bilməyəcəyik".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

 

"Şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırıltı ilə getdiyini görürük. Yüz faiz orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik".

 

Rüfət Quliyev eyni zamanda Hesablama Palatasının "büdcə oğruları" ilə bağlı məlumat verməsini istəyib:

 

"Palata büdcə oğrularının qarşısını qismən alır. Biz büdcəyə qəpik-qəpik pul yığırıq, bəzi işbazlar isə onu mənimsəyir. Mən çox xahiş edirəm, hüquq-mühafizə orqanlarına göndərilən məsələlərin aqibəti barədə məlumat verəsiniz”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü