Modern.az

Parlamentdə Türk İnvestisiya Fondu ilə bağlı MÜZAKİRƏ

Parlamentdə Türk İnvestisiya Fondu ilə bağlı MÜZAKİRƏ

Parlament

24 May 2023, 13:58

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə çıxarılıb.

 

Modern.az xəbər verir ki, qanun layihəsi müzakirədən sonra plenar iclasa tövsiyyə olunub.

 

Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.

 

Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Sənədi bundan əvvəl Qazaxıstan da təsdiq edib. Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, Türk İnvestisiya Fondunun yaradılması regiondaxili ticarətin inkişafına kömək edəcək.

 

Fondun yaradılması kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal güclərinin genişləndirilməsinə təkan verəcək. Qurum fiziki və rəqəmsal infrastruktur, sənaye istehsalı, nəqliyyat, kənd təsərrüfatı, İKT, yaşıl iqtisadiyyat, turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir