Modern.az

Təhsilverənlərin hüquqi maariflənməsi mühüm şərtdir - Adil Vəliyev

Təhsilverənlərin hüquqi maariflənməsi mühüm şərtdir - Adil Vəliyev

24 May 2023, 16:26

“Təəssüflər olsun ki, orta məktəb müəllimlərində hüquqi maarifləndirmə ilə bağlı problemlər var”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

 

"Məsələyə iki aspektdən yanaşmaq istəyirəm. Təhsilverənlər arzu-istəklərinə uyğun olaraq düşünürlər ki, könüllü sertifikatlaşdırmada iştirak nəinki onların əməkhaqqına təsir edəcək, həmçinin 65 yaşı tamam olduqdan sonra işdən çıxarılmaması üçün zəmanət rolu oynayacaq. Bu, əsla belə deyil. Əgər könüllü şəkildə sertifikatlaşdırmada iştirak edən müəllim qənaətbəxş olmayan səviyyədə nəticə göstərirsə, fəaliyyətinə xitam verilməsi təhlükəsi ilə üz-üzə qalır. Qanuna dəyişikliklər edilməsi o anlama gəlmir ki, 65 yaşından sonra təhsilverən əmək fəaliyyətini rahat şəkildə davam etdirəcək”, - deyə şöbə müdiri vurğulayıb.

 

O, ali məktəbləri fərqlənmə diplomu ilə bitirən tələbələrə müəyyən güzəştlərin şamil edilməsini bildirib: “Onlarla bağlı müəyyən təkliflər irəli sürülür. Həmin şəxslər işə götürülən zaman müəyyən üstünlüklərə sahib olmalıdır. Məsələn, onlar imtiyazlı qrup kimi tanınmalıdır. Bu da onlarda müəyyən motivasiya mənbəyi ola bilər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi