Modern.az

Azərbaycana gələndə çox həyəcanlı idim - Kanadalı deputat (ÖZƏL)

Azərbaycana gələndə çox həyəcanlı idim - Kanadalı deputat (ÖZƏL)

25 May 2023, 11:08

Azərbaycan və Kanada arasında əlaqələr inkişaf edir. 

 

Bunu Modern.az-a açıqlamasında Kanada parlamentinin deputatı Con Aldag bildirib.  

 

Onun sözlərinə görə, Kanada və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edir. Deputat iki ölkənin əlaqələrində müsbət dinamikanın müşahidə edildiyini diqqətə çatdırıb:

 

"Əlbəttə, biz bir sıra sahələrdə uğurlu əməkdaşlıq edirik. Bunlardan başlıcası neft sahəsində əməkdaşlıqdır. Eyni zamanda digər sahələrdə ortaq çalışmalarımız iki ölkə arasında əlaqələrə təsir edir. Kanada və Azərbaycan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, münasibətlər ölkələri bir-birinə daha da yaxınlaşdırır. Bu, dünya üzərində yaxşı təcrübələrdən biridir”. 

 

Bununla belə, kanadalı parlamentari iki ölkə arasında bir sıra fərqlərin olduğunu diqqətə çatdırıb. O, həmçinin bu yaxınlarda Bakıda səfərdə olduğunu xatırladıb və Azərbaycana gəlməkdən məmnunluq duyduğunu söyləyib. 

 

“Kanada və Azərbaycan arasında fərqli məqamlar çoxdur. Bunlar özünü mədəniyyət, insanlar və digər istiqamətlərdə göstərir. Bir neçə gün öncə Azərbaycana ilk dəfə səfər etdim. Bəlkə də ilk səfər olduğundan çox həyəcanlı idim. Yeməklərinizi dadmaq, insanlarınızı tanımaq şansım oldu. Bu da səfər öncəsi məni çox həyacanlandırırdı”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir