Modern.az

İlham Əliyevdən Paşinyana növbəti master-klass

İlham Əliyevdən Paşinyana növbəti master-klass

Parlament

26 May 2023, 11:10

Azərbaycan dövləti üçün prioritet olan əsas məsələlər ölkənin bütün istiqamətlərdə müstəqil siyasət yürütməsini təmin etməkdir. Bu günədək ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və kommunikasiya layihələrinin təməlində də Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi, geostrateji önəminin artırılması kimi mühüm amillər dayanıb və bu proses hazırda gerçəkləşdirilən bərpa olunan enerji, Şimal-Cənub və beynəlxalq nəqliyyat dəhlizlərinin digər marşrutları üzrə də davam etdirilməkdədir.

 

Bu sözləri Modern.az saytına müsahibəsində millət vəkili Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq kimi iştirak etdiyinə diqqət çəkən millət vəkili qeyd edib ki, Azərbaycan bütün regional və beynəlxalq təsisatlarla və bu təsisatlara üzv olan ölkələrlə ikitərəfli, bərabərhüquqlu əməkdaşlığa böyük önəm verir: “Azərbaycanın Ermənistan istisna olunmaqla, Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrlə ən müxtəlif sahələri əhatə edən, ikitərəfli müqavilələrlə tənzimlənən əməkdaşlığı var. Bu ölkələrlə illik ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarından çox olması, qarşılıqlı iqtisadi əlaqələrin kifayət qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Məlum olduğu kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında da müşahidəçi kimi iştirak edir və sözügedən təsisata üzv ölkələrlə də geniş ikitərəfli əməkdaşlığa malikdir”. 

 

Azər Kərimli Prezident İlham Əliyevin öz çıxışında ölkəmizin beynəlxalq nəqliyyat dəlizlərinin marşrutlarının diversifikasiyası ilə bağlı məqamlara da toxunduğunu, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində önəmli mövqeyə malik olduğunu bildirib: “Prezident İlham Əliyevin nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı səsləndiriyi fikirlərə münasibətdə Ermənistanın baş naziri əsassız mülahizələr səsləndirməyə cəhd göstərsə də, növbədi dəfə uğursuzluğa düçar oldu. 10 noyabr 2020-ci il bəyanatının prinsiplərini Ermənistanın daxili ictimai rəyinə hesablanmış bir şəkildə təqdim etməyə çalışan Nikol Paşinyana izah olundu ki, onun “Zəngəzur” sözünə olan münasibətindən asılı olmayaraq, Azərbaycanı onun ayrılmaz bir parçası olan Naxçıvanla birləşdiriləcək dəhlizin statusu 10 noyabr bəyanatl ilə müəyyənləşib və bu dəhliz vasitəsilə maneəsiz hərəkətin təmin olunması nəzərdə tutulub. Laçın yoluna gəldikdə isə, yenə də 10 noyabr 2020-ci il bəyanatında qeyd olunur ki, bu yolun təhlükəsizliyinə Azərbaycan Respublikası təminat verir. Yəni Laçın yolunun keçdiyi ərazi Azərbaycan Respublikasının suveren əraziləridir və Azərbaycan-Ermənistan sərhədində quraşdırılan sərhəd-keçid məntəqəsi də Azərbaycanın suveren hüququ olmaqla yanaşı, yolun təhlükəsizliyinin təmin olunmasına xidmət edir”. 

 

Millət vəkili qeyd edib ki, Rusiya prezidentinin də öz çıxışında ərazi bütövlüyü faktorunu birinci dərəcəli məsələ hesab etdiyini bəyan etməsi Ermənistanın Vaşinqtonda və Brüsseldə qarşılaşdığı uğursuzluğunun davamı hesab edilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var