Modern.az

Deputatlar Ramazana hazırlaşırlar: Siyavuş Novruzov, Novruz Aslan oruc tutacaq, Tahir Rzayev özünü buna hazır saymır - SİYAHI

Deputatlar Ramazana hazırlaşırlar: Siyavuş Novruzov, Novruz Aslan oruc tutacaq, Tahir Rzayev özünü buna hazır saymır - SİYAHI

5 İyul 2013, 15:51

Azərbaycanda dinə tapınanların, Allahın vacib buyurduğu əməlləri yerinə yetirənlərin, müqəddəs Həcc ziyarətinə gedib-gələnlərin sırası sürətlə genişlənməkdədir. Bu sırada deputatlar da var... Milli Məclisin hazırki üzvləri arasında Həcc ziyarətində olan deputatlar az deyil. Hətta onlardan bəziləri bu müqəddəs yolu bir dəfə deyil, iki dəfə və daha çox gedib-gəliblər. Araşdırmalarımıza görə, deputatlar arasında Allahın vacib buyurduğu əməlləri icra edənlər də var. Namaz qılmaq, oruc tutmaq, zəkat vermək...

Tutdum orucu İrəmazanda,
Qaldı iki gözlərim qazanda.

Elə bu il də oruc tutanların gözləri suda, qazanda qalacaq. Çünki son bir neçə ildə Ramazanın yay aylarına təsadüf etməsi oruc tutanları bir növ sınağa çəkib. Amma bu dəfə də yayın istisinə baxmayaraq, inanclı insanlar nəfsləri ilə mübarizə aparıb bu əziyyətli və bir o qədər də savablı ayı oruc tutmaqla keçirəcəklər. İyulun 10-da növbəti orucluq ayı başlayır.
Bəs Mili Məclisin hansı deputatları oruc tutacaq? 

Modern.az saytı bununla əlaqədar Milli Məclisin bəzi üzvlərini sorğu-sual edib.

Millət vəkiili Zahid Oruc Ramazan ayının müsəlman aləmində mühim yer tutduğunu, xeyirxahlq, birlik və bərabərlik kimi yüksək dəyərlərlə töhfə olduğunu qəbul edir və müqəddəs mənasına hörmətlə yanaşır. O, oruc tutan hər kəsi möhkəm iradə sahibləri olaraq qəbul edir, ilahi missiyaya xidmət etdiklərini alqışlasa da, bəlli iş qrafiki ilə çalışdığından oruc tuta bilməyəcək. Amma zahid Oruc deyir ki, Allahın verdiyi ruzini hər zaman bölməyi bacaran insandır.  

Allaha inamının güclü olmasına baxmayaraq, hələ oruc tutmağa özünü tam hazır hiss etməyən Tahir Rzayev bu il oruc tutmayacaq.
“Allaha inanıram. Bütün adət-ənənələrə riayət edirəm. Amma heç vaxt oruc tutmuram. Çünki buna hazır deyiləm. İnsan oruc tutanda gərək bütün şərtləri yerinə yetirsin. Amma bizim iş qrafikimiz yoğun olduğundan hərdən səfərə çıxırıq və ya səhhətimizdə nə isə problem yaranır. Ona görə də oruc tutmuram”.

Bəxtiyar Əliyev isə hələ bu barədə fikirləşməyib. “Ramazana hələ ki, var. Görək necə olur. Allah Həccə gedənlərin, oruc tutanların niyyətlərini qəbul etsin. Kim də oruc tutacaqsa, Allah səbr versin”.

Səhhəti ilə bağlı oruc tuta bilməyən Çingiz Qənizadə isə oruc tutanları təbrik etməklə kifayətləndi.
“Öd kisəm olmadığından az-az, lakin tez-tez yemək yeməliyəm. Ona görə də oruc tuta bilmirəm. Amma oruc tutub savaba batanları təbrik edirəm”.

Novruz Aslanov 1994-cü ildən oruc tutur: “O vaxtdan bu günə qədər oruc tutmaqda davam edirəm. Hər il Ramazan ayının sonuna kimi bu vacib əməli ciddi şəkildə yerinə yetirirəm”.

Səyavuş Novruzov da on ildir ki, hər il oruc tutur. Bu il də ənənəsinə sadiq qalan millət vəkili oruc tutanlardan geri qalmayacaq.

Oruc tutan deputatlardan biri də Fazil Mustafadır. 1993-cü ildən oruc tutbağa başlayan F.Mustafanın fikrincə, namaz qılmaq, oruc tutmaq insanın bütün həyatını xüsusi bir sistemə salır. Deputat hesab edir ki, namaz qılan şəxs mənən sağlam olur, mənəvi rahtlıq tapır.

Cavanşir Paşazadə, Madər Musayev, Qalib Salahzadə də oruc tutan deputatlar siyahısına daxildirlər.

Milli Məclisin qadın deputatları arasında da oruc tutan var. Məlahət İbrahimqızı uzun illərdir oruc tutduğunu deyir.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...