Modern.az

Deputatlar Ankarada Müstəqillik Günü ilə bağlı tədbirdə

Deputatlar Ankarada Müstəqillik Günü ilə bağlı tədbirdə

Parlament

28 May 2023, 12:38

Milli Məclisin deputatları Ankarada Müstəqillik günü ilə əlaqədar keçirlən tədbirdə iştirak ediblər.

 

Modern.az xəbər verir ki, Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfəri çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Anar Məmmədov Azərbaycanın Türkiyədəki səfirliyinin Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirdə iştirak ediblər.


Tədbirdə, həmçinin Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin əməkdaşları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü