Modern.az

Milli Məclis 5 ölkəni əhatə edən sazişi təsdiqləyəcək

Milli Məclis 5 ölkəni əhatə edən sazişi təsdiqləyəcək

29 May 2023, 14:34

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edəcək.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin 30 may tarixində keçiriləcək plenar iclasının gündəliyinə “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsi daxil edilib.

 

Sənədə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı Dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

 

Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb.

 

Qeyd edək ki, Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız respublikalarıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi