Avropalı siyasətçilər daxili işlərimizə qarışır - Deputat

Avropalı siyasətçilər daxili işlərimizə qarışır - Deputat

30 May 2023, 11:30

Cənab Prezidentin Laçına səfəri zamanı böyük qayıdışın şahidi olduq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev bildirib.

 

“Cənab Prezident Laçından çox ciddi mesajlar verdi. Dəfələrlə qeyd olunub ki, Azərbaycanın suverenliyi toxunulmazdır. Bu gün Ermənitana avropalı siyasətçilər tərəfindən dəstək var. Azərbaycanın Laçın yolunda quraşdırdığı sərhəd məntəqəsinə qarşı çıxırlar. Amma bütün Avropa bunun tərəfindədir ki, təhlükəsizlik sərhədlərdən başlayır. Avropalı siyasətçilərin bu kimi çıxışları Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Onlara təklif edirik ki, hər kəs öz daxili işləri ilə maraqlansın”,- deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir