Modern.az

Azay Quliyev seçicilərilə görüş keçirib - FOTOLAR

Azay Quliyev seçicilərilə görüş keçirib - FOTOLAR

Parlament

31 May 2023, 21:25

Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 19, 21, İbrahimpaşa Dadaşov küçəsi, 68, 72, 74, 71, 71a, 71v, 71q və Şövkət Məmmədova küçəsi, 3, 5, 7, 11 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib. 

 

Seçicilər onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

 

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir