Modern.az

Heydər Əliyevin adı tarixə böyük hərflərlə yazılıb - Matviyenko

Heydər Əliyevin adı tarixə böyük hərflərlə yazılıb - Matviyenko

1 İyun 2023, 11:41

“Ulu öndər Heydər Əliyev hər zaman dahi şəxsiyyət kimi, hətta sovet vaxtlarında özünəməxsus profesionallıqla ölkəyə rəhbərlik edib”.


Modern.az xəbər verir ki, bu barədə MDB PA Şurasının katibi Valentina Matviyenkonun “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” adlı beynəlxalq konfransa göndərilən məktubunda bildirilib.

 

“Heydər Əliyev həyati təcrübəsinə, dövlət müdrikliyinə və vətəndaşların səmimi dəstəyinə arxalanaraq respublikanın rəhbərliyini öz üzərinə götürmüşdü. Ümumilli lider Rusiya ilə münasibətlərə üstünlük verir və rus dilini mükəmməl bilirdi. Rusiyada Heydər Əliyevin irsi yüksək qiymətləndirilir. Onun adı tariximizə böyük hərflərlə yazılıb və irsi daim qorunacaq”, - məktubda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı