Modern.az

Sahil Babayevin hədəfi nədir? 

Sahil Babayevin hədəfi nədir? 

Parlament

2 İyun 2023, 13:52

“Bu il 20 min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq. Bunun üçün işlər görülür”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zaman deyib.

 

“Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Bizim əsas hədəflərimizdən biri də ixtisaslı şəxslərin tez bir zamanda işlə təmin edilməsi, bundan başqa fərdi məşğulluq proqramlarına cəlb olunmasıdır. Amma bunu da qeyd edim ki, nazirliyin potensialı buna kifayət etmir. Bu səbəbdən özəl tərəfdaşlarla əməkdaşlıq edilir. Belə olan zaman daha ciddi addımlar atıla bilər”,- deyə nazir bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır