Modern.az

Mərkəzi Bank Milli Məclisə qanun layihəsi göndərəcək

Mərkəzi Bank Milli Məclisə qanun layihəsi göndərəcək

5 İyun 2023, 11:45

Azərbaycan Mərkəzi Bankı tərəfindən Milli Məclisə qanun layihəsi təqdim olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

 

AMB sədri deyib ki, sözügedən qanun layihəsi ödəniş sistemləri haqqındadır və yaxın zamanda Milli Məclisə təqdim ediləcək.

 

"Bunun nəticəsi olaraq BOKT-lar da ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcəklər", - deyə T.Kazımov vurğulayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu