Modern.az

Büdcəyə dəyişiklik etməyə ehtiyac yaranıb - SPİKER

Büdcəyə dəyişiklik etməyə ehtiyac yaranıb - SPİKER

6 İyun 2023, 11:13

Hazırda Azərbaycan dünyanın dinamik olaraq inkişaf edən ölkələrindən biridir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

 

“İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik xərclərinin artırılması məqsədi ilə 2023-cü ilin büdcəsinə dəyişiklik etməyə ehtiyac yaranıb. Bu səbəbdən cari ilin büdcəsinə yenidən baxılacaq”,- sədr deyib.

 

Qeyd edək ki, bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi