Modern.az

Büdcə ödəmələri ilə bağlı yeni layihə hazırlanır

Büdcə ödəmələri ilə bağlı yeni layihə hazırlanır

7 İyun 2023, 12:53

İqtisadiyyat Nazirliyi dövlət büdcəsindən daxili ödəmələrlə bağlı yeni layihə hazırlayacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.

 

“Təkcə podratçılara verilən ödənişlərlə bağlı yox, həmçinin daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var. Sözügedən layihədə bütün bu məsələlər nəzərə alınacaq”, - deyə T.Mirkişili bildirib.

 

Qeyd edək ki, deputat Elnur Allahverdiyev Qarabağda fəaliyyət göstərən şirkətlərə büdcədən ödənişlərdə gecikmələrin olduğunu və bununla bağlı narazılığın yaşandığını açıqlayıb.

Bu xəbər ilə bağlı
Qarabağdakı şirkətlərdən şikayətlər gəlir - Parlamentdə məsələ qaldırıldı
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub