Modern.az

Spiker əhalinin çoxdan gözlədiyi qanunla bağlı tapşırıq verdi

Spiker əhalinin çoxdan gözlədiyi qanunla bağlı tapşırıq verdi

9 İyun 2023, 11:38

Ölkədə sonsuz, övlad sahibi olmayan ailələrin sayı çoxalır və bu, ciddi problemdir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məsələ qaldırıb.

 

“Bu problem ailələr tərəfindən bizə bildirilib. Bununla əlaqədar neçə ailə dağılır. Ona görə də biz ən azı payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsini qəbul etməliyik. Tibbi sığorta ilə övladı olmayanlara dəstək olunmalıdır. Türkiyədə belə bir təcrübə var. Amma bizdə dəstək göstərilmir. Bizim ölkədə edilən əməliyyatlar çox vəsait tələb edir. Ona görə də ailələr ciddi problemlərlə qarşılaşırlar. Bu məsələnin payız sessiyasında həll olunması arzuolunandır”, - komitə sədri çıxışında deyib.

 

Spiker Sahibə Qafarova isə cavabında bildirib ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu məsələ ilə bağlı ciddi məşğul olacaq. 

 

“Bu məsələni komitədə işçi qaydada müzakirə edə bilərsiniz. Hesab edirəm ki, Əhliman bəy bununla ciddi məşğul olacaq”, - parlament sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər