Modern.az

Deputat yeni qanunla bağlı irad və təkliflərini səsləndirdi

Deputat yeni qanunla bağlı irad və təkliflərini səsləndirdi

9 İyun 2023, 12:25

“Kosmik fəaliyyət haqqında” qanun layihəsi çox sadə hazırlanıb, diqqət edilməli olan sahələr var. Bu, elə bir sahədir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsini bura transfer etmək olmayacaq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

 

“Bu sahədə təhsil önəmlidir. Kosmik sahəyə xaricdə təhsil alan mütəxəssislər cəlb olunmalıdır. Eyni zamanda  burada dövlət sirrindən, təhlükəsizlikdən söhbət gedir. Dövlətin dəstəyi ilə mütəxəssislərin yetişdirilməsi vacibdir. Bu adi sahə deyil ki, göndərib qardaş Türkiyədə yetişdirəcəyik. Lazım gələndə biz mütəxəssisləri Amerikaya və digər ölkələrə göndərəcəyik. Ona görə də buna diqqət yetirmək lazımdır”, - deputat təkliflərini dilə gətirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi