Milli Məclisdə taksi fəaliyyəti ilə bağlı qanuna dəyişikliklərin edilməsinə aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb.
“Bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil. Qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar ölkədə ekoloji təmizlik, vətəndaşlarımızn təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”, - deyə nazir bildirib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.