Modern.az

Güclü lideri olmayan xalqlar tarixin səhnəsindən silinib – Komitə sədri

Güclü lideri olmayan xalqlar tarixin səhnəsindən silinib – Komitə sədri

Parlament

14 İyun 2023, 11:06

“Hər bir xalqın mövcud olması və inkişaf etməsi o xalqın milli xüsusiyyətlərinin güclü tərəflərinin tarixin çətin məqamlarında qalib qəlmək üçün həlledici olması və həlledici məqamlarda öz liderini yetişdirmək üçün milli potensialının olması hesabına baş verib. Güclü liderlərə və güclü milli xüsusiyyətlərə malik olmayan xalqlar güclü dövlət qura bilməməmiş, tarixin səhnəsindən silinmiş və ya sahib olduqları dövlət zəif inkişaf edib".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib.

 

Onun sözlərinə görə, Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın taleyi dəyişib: “20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran Azərbaycan xalqı 2 il sonra müstəqilliyini itirib və zorla sovet ittifaqının tərkibinə qatılıb. Bütün resursların ittifaq məqsədinə xərcləndiyi bir şəraitdə keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85%-i yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış region vəziyyətinə düşmüşdü. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir şəriatdə SSRİ rəhbərliyində Azərbaycan respublikasının özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi ölkəmizin taleyini dəyişdirib və onu yox olmaqdan xilas edib".

 

"15 il sonra Azərbaycan artıq SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. 1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən hala gəlmişdi. Yaradılan iqtisadi potensial və iqtisadi infrastktur ölkənin gələcəyinə hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin”,- deyə komitə sədri çıxışında vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi