Modern.az

O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi

O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi

Parlament

14 İyun 2023, 12:52

“Ulu Öndərin Azərbaycan tarixində və taleyində yeri və rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcək. Lakin Ulu Öndərin müasirləri olaraq dəqiq bilirik ki, Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan dövləti də olmayacaqdı, nəinki müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olacaqdı, hətta ola bilsin ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, Heydər Əliyev yer üzünə xüsusi missiya ilə göndərilmiş, tanrının sevib seçdiyi böyük dövlət xadimi, xarizmatik şəxsiyyətdir:

 

“Onun ən böyük missiyası canından əziz sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək missiyası idi. O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Heydər Əliyevin digər bir tarixi missiyası birləşdiricilik missiyası idi. Heydər Əliyev bu gün hamımızın qürur duyduğumuz müstəqil, müasir Azərbaycan dövlətinin möhkəm özüllər üzərində bünövrəsini qoydu, onun siyasi-ideoloji inkişaf konsepsiyasını yaratdı. Bütün dünya azərbaycanlılarını müqəddəs üçrəngli bayrağımızın altında birləşdirən Azərbaycançılıq ideologiyasıni hazırladı. Ulu öndərin növbəti missiyası quruculuq missiyası idi. O, həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. İctimai, siyasi, iqtisadi, sosial, mədəni humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin sözü, əməli, imzası olmasın".

 

 

"Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir. Xalqını öz ətrafında birləşdirərək doğru yolla irəli aparmaq Ulu Öndərin liderlik missiyası idi. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi", - deyə Musa Quliyev vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi